"Qarabağ" klubunun sabiq qapıçısı İbrahim Şehiç koronavirusa yoluxub.
Sportnet.az "ASpor"a istinadən xəbər verir ki, TFF 1-ci liqasında çıxış edən "Erzurumspor"un COVID-19 testi müsbət nəticə verən 11 üzvü arasında bosniya və herseqovinalı qolkiper də var. Ümumilikdə klubun 4 oyunçusu, 1 məşqçisi və 6 işçisində virus aşkarlanıb.
Qeyd edək ki, İbrahim Şehiç "Qarabağ"da 2013 - 2018-ci ildə çıxış edib. Onun "Erzurumspor"la müqaviləsi bu ilin yayınadəkdir.