Fransanın "Monpelye" klubu futbolçusu Vitorino İlton ilə müqavilənin müddətini uzadıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 43 yaşlı braziliyalı müdafiəçi ilə yeni sözləşmə 2020/2021 mövsümünün sonuna qədər bağlanılıb.
Qeyd edək ki, Vitorino İlton 2011-ci ildən "Monpelye"də çıxış edir. O, 2011/2012 mövsümündə Fransa çempionu olub. Fransada cari mövsüm koronavirus pandemiyası üzündən apreldə vaxtından əvvəl yekunlaşdırılıb. Ən yaxın izləyicisi "Lion"u 12 xal geridə qoyan lider PSJ çempion elan olunub.