Türkiyənin "Qalatasaray" klubunun prezidenti Mustafa Cengiz halı qəflətən pisləşdiyi üçün yenidən xəstaxanaya yerləşdirilib.
Sportnet.az-ın yerli mətbuata istinadən məlumatına görə, o, növbəti dəfə əməliyyat olunub.
Cengizin mədəsində qanaxma baş verdiyi bildirilib.
Qeyd edək ki, aprelin 30-da halsızlıq və yorğunluq səbəbindən xəstəxanaya yerləşdirilən Mustafa Cengiz mayın 7-də əməliyyat olunub. Mayın 15-də isə klub prezidenti evə buraxılıb.