
Ötən həftəsonu bərpa olunmuş Almaniya Bundesliqasının XXVI tur qarşılaşmalarında 27 qol vurulub.
Sportnet.az-ın məlumatına görə, bu, orta hesabla hər oyuna 3 qol deməkdir. Lakin futbolçular koronavirus pandemiyası ilə əlaqədar qol sevinclərini nə qucaqlaşaraq, nə də azarkeşlərlə bölüşə biliblər.
Bundesliqanın rəsmi "YouTube" kanalı qol sevinclərindən bəhs edən video paylaşıb. Sportnet.az həmin görüntüləri təqdim edir...