Futbol üzrə Kosta Rika çempionatı bərpa olunub.
Sportnet.az-ın məlumatına görə, 16-cı turda "Quadalupe" evdə "Limon"u 1:0, "Alajuelense" isə səfərdə "Kartaxines"i 2:0 hesabı ilə məğlub edib. Oyunlar azarkeşsiz keçirilib, ehtiyatdakı oyunçular tribunalarda əyləşib.
Qarşılaşmalarda 5 əvəzetməyə icazə verilib.
Qeyd edək ki, Amerika qitəsində koronavirus pandemiyasının yayılmasından sonra ilk dəfə Kosta Rika çempionatı bərpa olunub.