
Şotlandiyanın "Reyncers" klubu "Qəbələ"nin sabiq futbolçusu Endi Hallideylə yollarını ayırıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi ilə mövsümün sonunda başa çatan müqavilə yenilənməyib.
Qeyd edək ki, Endi Hallidey 2017/2018 mövsümünün əvvəllərində "Reyncers"dən "Qəbələ"yə 1 illik icarəyə verilib. Lakin o, qış transfer dönəmində Azərbaycan klubundan ayrılaraq, müqavilə üzrə məxsus olduğu komandaya qayıdıb.
Koronavirus pandemiyasına görə yarımçıq dayandırılan Şotlandiya çempionatı vaxtından əvvəl başa çatdırılıb. 30 turdan sonra 80 xalla lider olan "Seltik" çempion elan olunub.