
Belçika Kral Futbol Assosiasiyası millinin baş məşqçisi Roberto Martineslə müqavilənin müddətini uzadıb.
Sportnet.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssislə yeni sözləşmə 2022-ci ilədək nəzərdə tutulub.
Daha öncə mətbuatda baş məşqçinin Qətərdə keçiriləcək dünya çempionatının sonuna qədər yığmada olacağı bildirilib.
Qeyd edək ki, Roberto Martines 2016-cı ildən milliyə rəhbərlik edir. Komanda onun rəhbərliyi altında 2018-ci ildə Rusiyada keçirilmiş mundialda bürünc medal qazanıb.