
İngiltərənin "Vest Hem" klubunun futbolçusu Cek Uilşirin babası dünyasını dəyişib.
Sportnet.az-ın məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi bu barədə şəxsi "Instagram" hesabından paylaşım edib.
O, ailəsinin koronavirus pandemiyası səbəbindən babası ilə vidalaşa bilmədiyini vurğulayıb. Uilşir onun üçün ağır gün olduğunu bildirib: "Mən babam Qrambonu itirdim. Mövcud vəziyyətə görə vidalaşa bilmədik, amma mənimlə necə qürur duyduğunu və matçlarımı izləməyi çox sevdiyini bilirdim. Bütün həyatım boyu yaddaşımda saxlayacağım çox gözəl xatirələr var. Şadam ki, uşaqlarımla görüşməyə vaxt tapdın. Sənin xatirən əbədi yaşayacaq".
Qeyd edək ki, Cek Uilşir 2018-ci ilin yayında "Arsenal"dan "Vest Hem"ə keçib.