İngiltərə "Mançester Yunayted"inin futbolçuları məşqləri bərpa etmək üçün klubun bazasına yollanıb.
Sportnet.az "The Sun" nəşrinə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" hazırlıq prosesinə iki aylıq aradan sonra başlayır. Bundan əvvəl bütün oyunçular və texniki heyət koronavirus testindən keçib. Futbolçular məşq zamanı sosial məsafəni qoruyacaqlar.
Qeyd edək ki, İngiltərə Premyer Liqası martın 13-də koronavirus pandemiyası səbəbindən dayandırılıb.