Ukrayna millisinin sabiq futbolçusu Oleq Qusev Azərbaycan yığması ilə keçirdikləri yoldaşlıq görüşünü yada salıb.
Sportnet.az-ın məlumatına görə, 37 yaşlı yarımmüdafiəçi 2006-cı ilin avqustunda Kiyevdəki oyunda fərqləndiyini xatırladıb.
“Dünya çempiontından sonra hər hansı ciddi dəyişiklik olmadı. Komanda daha da mehribanlaşdı, məşqçilər də qaldı, tələblər də dəyişmədi. Hər şey sabit idi. Avqustda biz Azərbaycanla yoxlama oyunu keçirdik və o dövr üçün ən böyükhesablı qələbəmizi qazandıq" deyən Qusev "Mən də bu görüşün iştirakçısı idim. Künc zərbəsindən sonra topu başla boş qapıya göndərdim” sözlərini əlavə edib.
Qeyd edək ki, Azərbaycanla görüş Ukraynanın qələbəsi ilə yekunlaşıb - 6:0. Oleq Qusev 2018-ci il mayın 29-da futbolçu karyerasını başa vurub.