
Peşəkar Futbol Liqasının Azərbaycan Premer Liqası və ölkə kuboku ilə bağlı açıqladığı təlimatda oyunları idarə edəcək hakimlər barədə bəzi qadağalar da əksini tapıb.
Sportnet.az-ın məlumatına görə, mübahisəli epizod zamanı baş hakim meydandakı topu əlinə götürməyəcək. Ona dördüncü hakimin yanında olan və dezinfeksiya edilmiş top veriləcək. Bu top 4-cü hakimin yanında saxlanılmalıdır.
Bundan əlavə, hakim mübahisəli vəziyyətlər zamanı oyunçular arasında iğtişaş yarandıqda onlara fiziki təmasla müdaxilə etməməli, kənardan durub müşahidə etməlidir.