
"Neftçi"dən ayrılan futbolçu Baqali Dabonun yeni klubu rəsmiləşib.
Sportnet.az-ın məlumatına görə, fransalı hücumçu Kiprin "Apollon" klubu ilə müqavilə bağlayıb. Onun sözləşməsi 2022-ci ilin mayınadək nəzərdə tutulub. 32 yaşlı forvard yeni komandasında 11 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Baqali Dabo "Apollon"a azad agent kimi keçib. O, Azərbaycanda "Neftçi"dən başqa "Qəbələ"də də çıxış edib.