İspaniyanın "Almeriya" klubunun nümayəndələrindən birinin koronavirus testi müsbət çıxıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bununla əlaqədar komandanın məşqləri dayandırıb. Test avqustun 3-də aparılıb. Yoluxanın adı bilinmir. Hazırda o, özünütədric şəraitindədir və özünü yaxşı hiss edir.
Təhlükəsizlik protokoluna uyğun olaraq, komanda yaxın günlərdə yeni test seriyasından keçəcək.
Qeyd edək ki, koronavirus situasiyası üzündən daha əvvəl La Liqaya vəsiqə uğrunda "Almeriya" və "Jirona" arasındakı yarımfinal mərhələsinin pley-off oyunu təxirə salınıb. Bu matçların avqustun 13-də və 16-da keçirilməsi planlaşdırılır.