“Keşlə” klubu növbəti futbolçu transferini reallaşdırıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı müdafiəçi Artur Batista de Souza ilə mövsümün sonuna kimi müqavilə imzalayıb.
Son iki mövsümü Ukrayna “Vorskla”sında keçirmiş 26 yaşlı futbolçu 29 oyunda 3 məhsuldar ötürməyə imza atıb.