
Futbol üzrə Azərbaycan I Divizionunun XV turuna bugün keçirilən iki oyunla start verilib. Sportnet.az-ın məlumatına görə, MOİK-ın qonağı olan "Ağsu" rəqibini 6:1 hesabı ilə darmadağın edərək ilk pilləyə yüksəlib. 
	"Kəpəz" isə autsayder "Energetik"lə bacarmayıb - 1:1. 
	Turun digər oyunları sabah keçiriləcək. 
	12 dekabr
	MOİK - "Ağsu” 1:6
	Qollar: Cavidan Ağayev, 13 - Qalib Əmrahov, 17, 36; Fərmayıl Əliyev, 19, 58; Malik Babayev, 22; Elnur Səmədov, 78
	"Energetik” - "Kəpəz” 1:1
	Qollar: Elvin Əlizadə, 2 - Ramil Həşimzadə, 55









                 





    
    
    
    
    
    
    
    
    























































