Azərbaycan Premyer Liqasının I turunun "Sumqayıt" - "Keşlə" oyununda kuryoz hadisə yaşanıb.
Sportnet.az-ın məlumatına görə, matçın sonlarına yaxın qonaq komandanın futbolçusu Tərlan Quliyev meydana 33 nömrəli forma ilə çıxıb.
Lakin müdafiəçinin forma nömrəsi protokolda "3" olduğundan görüşün baş hakimi Elçin Məsiyev onu geri qaytarıb. Yalnız rəqəmlərdən birinin üstünü skoçla bağladıqdan sonra Quliyev meydana daxil olub.