UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"la qarşılaşacaq Norveç "Molde"sində zədəli futbolçuların durumuna aydınlıq gəlib.
Sportnet.az "Aftenposten" nəşrinə istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Erlinq Moe açıqlama verib.
50 yaşlı mütəxəssis 3 ay əvvəl dizindən zədələnən yarımmüdafiəçi Stian Qriqersenin yenidən oynamağa hazır olduğunu bildirib. Norveçli baş məşqçi Mathis Bollinin də görüşdə iştirak edəcəyini söyləyib.
Əvəzində Martin Byornbak və yarımmüdafiəçi Fredrik Sjolstad oyunu buraxacaq.
Qeyd edək ki, Kiprin Larnada şəhərindəki "AEK Arena"da oynanılacaq "Qarabağ" - "Molde" matçı Bakı vaxtı ilə 21:00-da başlayacaq.