Bu gün UEFA İcraiyyə Komitəsinin videokonfrans formatında növbəti iclası keçirilib.
Sportnet.az-ın məlumatına görə, AFFA-nın icraçı vitse-prezidenti, qitə futbol qurumunun Fair Play və Sosial Məsuliyyət Komitəsinin sədri Elxan Məmmədov videobağlantı vasitəsilə iclasa qoşulub.
O, rəhbərlik etdiyi komitənin fəaliyyəti barədə hesabat verib.