
Türkiyənin "Qalatasaray" klubu İspaniya "Barselona"sının futbolçusu Mateus Fernandesi transfer etmək istəyir.
Sportnet.az "Fotomaç" qəzetinə istinadən xəbər verir ki, Kataloniya komandasında forma şansı qazana bilməyən 22 yaşlı yarımmüdafiəçi kollektivdən ayrılmaq niyyətindədir.
Braziliyalı oyunçu "Barsa" yayda "Palmeyras"dan 7 milyon avroya alınıb. Dayaq yarımmüdafiəçisi öz inkişafı üçün başqa kluba getməyi hədəfləyib. O, cari mövsümdə 3 matçta ümumilikdə 167 dəqiqə çıxış edib. Potensial alıcı qismində dövrəyə girən "sarı-qırmızılar"a "Barselona"nın problem yaratmayacağı bildirilir.