Futbol üzrə Argentina millisinin sabiq baş məşqçisi Alexandro Sabelya vəfat edib.
Sportnet.az "Sport.es"ə istinadən xəbər verir ki, ürək-damar xəstəliyindən əziyyət çəkən mütəxəssis 66 yaşında dünyasını dəyişib.
O, bir müddət öncə sözügedən problemlə bağlı xəstəxanaya yerləşdirilmişdi. 5 il öncə isə Sabelyada qırtlaq xərçəngi xəstəliyi aşkarlanmışdı.
Qeyd edək ki, Alexandro Sabelya 2011-2014-cü illərdə Argentina millisinə başçılıq edib.