Xorvatiya milli komandasının futbolçusu Luka Modriç İspaniyanın "Real Madrid" klubu ilə müqaviləsinin uzadılmasına dair razılığa gəlib.
Sportnet.az-ın "Marca"ya istinadən məlumatına görə, tərəflər rəsmi sözləşməyə cari mövsümün sonunda imza atacaqlar. 35 yaşlı yarımmüdafiəçinin hazırkı anlaşması 2021-ci ilin yayınadəkdir. Yeni müqavilə isə 2022-ci ilin iyununadək nəzərdə tutulub.
Qeyd edək ki, bu mövsüm Luka Modriç 20 oyuna 3 qol və 1 məhsuldar ötürmə müəllifi olub. O, "Real Madrid"ə 2012-ci ildə İngiltərə "Tottenhem"indən keçib. Modriç 2018-ci ildə "Qızıl top" mükafatına yiyələnib.