"Neftçi” təlim-məşq toplanışını gündə iki məşq olmaqla davam etdirir.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, kollektiv üzvləri proqrama uyğun olaraq ötən gün də iki məşqə çıxıblar. "Türk Hava Yolları Futbol Mərkəzi”ndə keçirilən səhər məşqində əsasən fiziki, "Bakcell Arena”da baş tutan axşam məşqində isə toplu çalışmalar yerinə yetirilib.
Qeyd edək ki, toplanış çərçivəsində iki yoxlama oyunu keçiriləcək. "Neftçi” yanvarın 10-u saat 15:00-da "Türk Hava Yolları Futbol Mərkəzi”ndə "Kəpəz”, ayın 14-ü saat 17:00-da isə "Bakcell Arena”da "Keşlə” ilə qarşılaşacaq. "Kəpəz”lə görüş "Neftçi TV”, "Keşlə” ilə matç isə "CBC Sport” vasitəsilə canlı yayımlanacaq.