"Bakı"nın sabiq futbolçusu Etto Robert Prosineçkinin Azərbaycan milli komandasına baş məşqçi təyin olunması ilə bağlı açıqlama verib. Sportnet.az-ın məlumatına görə, xorvatiyalı həmkarlarımıza danışan 33 yaşlı futbolçu lazimi şərait yaradıcılağı təqdirdə Prosineçkinin özünü sübut edə biləcəyini bildirib.
2013-14 mövsümündə "Bakı"ın şərəfini qoruyan braziliyalı müdafiəçi Xorvatiyanın baş məşqçisi Niko Kovaça ismarıc göndərib: "Robert Prosineçkinin Azərbaycan yığmasının başına gətirərək futbol federasiya doğru qərar qəbul edib. Ölkə beynəlxalq aləmdə çox gözəl təqdim olunur. orda futbolçular üçün əla şərait və şərtlər var. Əminəm ki, Prosineçkiyə də lazimi şərait yaradılsa, o özünü sübut edəcək. AÇ-2016-nın seçmə mərhələsində Xorvatiya Azərbaycan millisini 6:0 hesabı ilə darmadağın etdi. Lakin Bakıdakı qarşılaşma çətin keçəcək. Kovaç Prosineçkidən ehtiyat etməlidir. Onun rəhbərlik etdiyi komanda bütün rəqiblərinə baş ağrı olacaq".
Qeyd edək ki, əsl adı Oelilton Araujo dos Santos olan Etto 2005-2011-ci illərdə Xorvatiyanın "Dinamo Zaqreb" klubun şərəfini qoruyub.