FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirə turnirində 1997-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığmasının son rəqibi müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, yığmamız 5-ci yer uğrunda oyunda Belarus komandası ilə qarşılaşacaq.
Qarşılaşma yanvarın 11-də, yerli vaxtla saat 14:30-da (Bakı vaxtı ilə saat 15:30-da) Peterburqski İdman-Konsert Kompleksində keçiriləcək.