Türkiyənin Antalya bölgəsində səfərdə olan Azərbaycan milli komandasının məşqçilər korpusunun üzvləri Topaz Premyer Liqası klublarının hazırlıq prosesini izləyiblər. Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, Draqan Spasiç və Elxan Abdullayev "Simurq” klubunun məşqinə və "Xəzər Lənkəran” – "Tekirdağspor” yoxlama oyununa baxıb.
Qordan Tsipriç, Mahmud Qurbanov və Faiq Əzizov isə "Qəbələ” – PSV-2 qarşılaşmasına tamaşa edib. "Simurq”un daha bir məşqində isə Qurbanov və Əzizov olub.
Qeyd edək ki, millimizin baş məşqçisi Robert Prosineçki yanvarın 11-də Məşqçilər Komitəsinin üzvləri isə yanvarın 14-də Antalyaya yollanacaqlar.