1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Hakimlərin Antalya toplanışı başlayıb
Yanvarın 13-dən azərbaycanlı hakimlərin Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışına start verilib. Sportnet.az-ın məlumatına görə, Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun rəhbərlik etdiyi ilk nəzəri məşğələ bir dəqiqəlik sükutla başlanıb.
Ədalət təmsilçiləri bir neçə gün öncə avtomobil qəzasında dünyasını dəyişən futzal üzrə FİFA referisi Xəlil Hüseynlinin xatirəsini anıblar. Məşğələ zamanı çıxış edən X.Məmmədov bildirib ki, Antalya toplanışı hakimlərin hazırlığı baxımından çox önəmlidir.
Hakimlər bu gün səhər məşqinə çıxıblar. Yerli vaxtla 07:30-da start götürən məşq əsasən fiziki hazırlığın yüksəldilməsi istiqamətində olub. Hazırlıq komitə sədrinin nəzarəti altında reallaşıb. Səhər məşqində əsas yük isə fiziki hazırlıq üzrə məşqçi Namiq Quliyevin üzərinə düşüb.