1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Roman Qriqorçuk: "Komanda güclənməlidir"
"Türkiyə təmsilçisi "Eskişehirspor”la keçirdiyimiz yoxlama oyunu bizim üçün böyük məşq idi. Bu məşq də bizim üçün yaxşı və uğurlu alındı". Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Türkiyənin Antalya bölgəsindəki növbəti yoxlama matçından sonra deyib.
O bildirib ki, komandanı mövsümün ikinci yarısına tam hazır vəziyyətə gətirmək üzərində çalışırlar. Ukraynalı mütəxəssis "Qəbələ" barədə lazımi məlumatı əldə etdiklərini söyləyib: "Bütün bunlar gələcəkdə daha yaxşı vəziyyətdə olmağımız üçün faydalı olacaq. Hazırda biz ilk növbədə öz komandamızın işləri ilə maraqlanırıq. Başa düşürük ki, hələ çox işimiz var. Qarşımıza məqsəd qoymuşuq ki, daha yaxşı, düzgün, savadlı, həm də effektli və azarkeşlər üçün maraqlı futbol nümayiş etdirək".
Baş məşqçi Azərbaycan milli komandasının məşqçilərinin matçları izləməsi, Azərbaycan klublarının, o cümlədən "Qəbələ”nin Antalyada keçirdiyi yoxlama oyunları və heyətin gücləndirilməsi haqda da danışıb: "Bunun adi hal olduğunu düşünürəm. Milli məşqçiləri ilə bununla bağlı söhbətimiz də olub. Mənə elə gəlir ki, ən böyük köməyimiz futbolçuları hazırlamaqdır. Belə olanda futbolçular həm klub, həm də yığmaya faydalı olacaq. Təbii ki, heyət güclənməlidir. Bunun üzərində də çalışırıq. Amma konkret hansı mövqelərin güclənməsi haqda danışmaq istəmirəm. Bizə lazım olan xüsusisyyətlərə malik oyunçu transfer etməliyik”.
Qeyd edək ki, "Qəbələ" ikinci yoxlama matçında "Eskişehirspor"a uduzub - 1:3.