AFFA Apellyasiya Arbitraj Tribunalı klubların şikayətinə baxıb.
Sportnet.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, "Sabah" klubundan verilmiş apellyasiya şikayəti qismən təmin edilib.
AFFA İntizam Komitəsindən (İK) Premyer Liqanın XXIV turunun "Neftçi" ilə oyunundakı davranışa görə Təmkin Xəlilzadəyə verilən 4 oyunluq cəza 2 matça endirilib. 2 oyun isə şərti cəza ilə əvəzlənib. Digər qərarlar isə olduğu kimi saxlanılıb.
Həmçinin kubun məşqçisi Miloş Jevtiçlə bağlı qəbul olunan 5 oyunluq cəza və 4000 manat cərimə qərarı da qüvvədə qalıb.
Apellyasiya Arbitraj Tribunalı “Neftçi”nin apellyasiya şikayətini də təmin etməyib. AFFA İntizam Komitəsinin Samir Abbasovla bağlı qəbul etdiyi 2 oyunluq diskvalifikasiya qərarı yenidən baxılması üçün İntizam Komitəsinə göndərilib.