
Rusiyanın "Rostov" komandasının yoldaşlıq görüşü Səudiyyə Ərəbistanının kralı Abdulla ibn-Əbdüləziz əs-Səudun vəfatı ilə əlaqədar baş tutmayıb. Sportnet.az-ın məlumatına görə, oyun bu gün Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilməli, rəqib isə yerli "Narcan" klubu olmalı idi.
Amma ölkədə bütün əyləncəli tədbirlər, o cümlədən, ərəb komandalarının iştirakı ilə futbol matçları ləğv olunub. "Rostov" rəhbərliyi mövcud vəziyyəti anlayışla qarşılayıb və yoxlama oyununun başqa tarixdə keçirilməsini təklif edib. Görüşün hazırkı təlim-məşq toplanışı müddətində baş tutacağı gözlənilir.











































































