Gürcüstanın paytaxtı Tbilisidə təlim-məşq toplanışında olan qadınlardan ibarət Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib.
Sportnet.az xəbər verir ki, Gürcüstan millisi ilə qarşılaşan baş məşqçi Siyasət Əsgərovun komandası 2:3 hesabı ilə məğlub olub. Millinin heyətində 65-ci dəqiqədə penaltidən Aysun Əliyeva və 90+4-cü dəqiqədə Ayşən Əhmədova fərqlənib.
Bu komandalar arasında növbəti oyun iyunun 14-də keçiriləcək.