"Hamınıza təşəkkür edirəm, təslim olmayacağam".
Spornet.az məlumatına görə, bu fikirləri Avropa çempionatının B qrupunun Finlandiya ilə matçında huşunu itirərək yerə yıxılan Danimarka millisinin futbolçusu Kristian Eriksen La Gazzetta dello Sporta açıqlamasında deyib.
29 yaşlı yarımmüdafiəçi hazırda daha yaxşı olduğunu bildirib: "Amma nə baş verdiyini anlamaq istəyirəm. Mənim üçün etdiyinizə görə hamınıza təşəkkür edirəm".
Qeyd edək ki, hadisədən sonra ölüm təhlükəsi ilə üz-üzə olan 29 yaşlı yarımmüdafiəçi ilkin tibbi yardımdan sonra xəstəxanaya çatdırılıb. Hazırda xəstəxanada onun müalicəsi davam edir.