“Sumqayıt” daha bir futbolçusu ilə bağlı qərarını açıqlayıb.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, qapıçı Aydın Bayramovla yeni müqavilə rəsmiləşib.
Azərbaycan millisinin üzvü “gənclik şəhəri” təmsilçisi ilə 1+1 illik sazişə qol çəkib. Bu isə o deməkdir ki, 25 yaşlı qolkiper ən azı daha bir mövsüm komandada qalacaq. Ona qədər klub Vurğun Hüseynov, Elvin Məmmədov, Murad Xaçayev və Vüqar Mustafayevlə yeni müqavilə bağlamışdı.
Qeyd edək ki, 2019-cu ildən “Sumqayıt”da çıxış edən Aydın Bayramov ümumilikdə 16 oyun keçirib.