"Neftçi"nin "Bakı"dan transfer etdiyi Rəhman Hacıyev yeni komandası ilə bağlı təəssüratlarını bölüşüb. Sportnet.az-ın məlumatına görə, 22 yaşlı yarımmüdafiəçi kollektivə uyğunlaşmaq üçün zamana ehtiyacının olduğunu bildirib.
O deyib: "Yeni komandama Antalya toplanışından sonra qatıldım. Bir az çətinlik var. Komandaya uyğunlaşmaq üçün vaxt lazımdır. Yavaş-yavaş buna alışıram".
Yanvarın 31-də səfərdə AZAL-la keçirəcəkləri oyun barədə də danışan Hacıyev komandasının qış fasiləsindən sonra ilk matçına çox ciddi hazırlaşdığını söyləyib: "İnşallah, qələbə qazanarıq. Çünki bu, bizim üçün çox vacibdir".
Qeyd edək ki, Rəhman Hacıyev sənədlərində problemin olması səbəbindən "Neftçi"nin Türkiyənin Antalya bölgəsində keçirdiyi toplanışdan kənarda qalıb.