"Səbail" futbolçusu Məqsəd İsayevlə yollarını ayırıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı müdafiəçinin başa çatan müqaviləsinin müddəti uzadılmayıb.
Artıq onun yeni komandası da məlumdur. İsayev "Qəbələ" ilə 2 illik müqavilə bağlayıb.
"Qırmızı qaralar" bunadək Bayıl təmsilçisi ilə vidalaşan Urfan Abbasovu heyətinə qatıb.
Qeyd edək ki, peşəkar karyerasına “Neftçi”də başlayan Məqsəd İsayev 2013 - 2017-ci illərdə paytaxt təmsilçisinin formasını geyinib. O, 2018-ci ildə “Keşlə”, 2018 - 2020-ci illərdə “Sabah”da çıxış edib. İsayev Premyer Liqada ümumilikdə 140 matç keçirib və 2 qol vurub.
2010 - 2017-ci illərdə Azərbaycan milli komandalarının şərəfini qoruyan müdafiəçi U-17, U-19, U-21 və U-23-ün formasını geyinib. O, U-23-ün heyətində İslam Həmrəyliyi Oyunlarının qalibi olub.