
Avropa çempionatının qrup mərhələsində ən yaxşı driblinq edən futbolçular açıqlanıb.
Sportnet.az "SofaScore" nəşrinə istinadən xəbər verir ki, Xorvatiya yığmasının yarımmüdafiəçisi Nikola Vlaşiç və İtaliya yığmasının oyunçusu Jorjinyonun bütün cəhdləri uğurlu alınıb.
Vlaşiç daha çox - 6 dəfə driblinq etdiyi üçün ilk pillədə qərarlaşıb. İlk "3-lüy"ü 88,9 faizlə belçikalı Kevin De Brüyne qapayıb.
Qeyd edək ki, AVRO-2020 iyulun 11-də başa çatacaq.