“Sabah” komandası yeni mövsümün hazırlıqlarına start verib.
Sportnet.az xəbər verir ki, komanda üzvləri bu gün “Bank Respublika Arena”nın əsas meydançasında ilk məşqinə çıxıb. Məşq zamanı futbolçular müxtəlif fiziki təmrinləri yerinə yetiriblər.
Qeyd edək ki, “Sabah”ın Bakı toplanışı iyulun 14-dək davam edəcək. Ramin Quliyevin baş məşqçi olduğu kollektiv iyulun 9-da “Bank Respublika Arena”da “Zirə” ilə yoxlama oyununda qüvvəsini sınayacaq. İyulun 15-də komanda Gürcüstanın paytaxtı Tbilisiyə yola düşəcək. Yay təlim-məşq toplanışının ikinci mərhələsi iyulun 29-dək davam edəcək.