Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşanın "Legiya" klubu UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində ilk oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, Varşava təmsilçisi Norveçdə "Budyo Qlimt"in qonağı olub.
Qarşılaşma "Legiya"nın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Polşa çempionunun 2-ci və 3-cü qollarını Emreli vurub. 24 yaşlı hücumçu 41 və 61-ci dəqiqələrdə fərqlənib.
Komandalar arasında cavab matçı bir həftə sonra Varşavada olacaq.
-------------------------------------------------
Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşa "Legiya"sının heyətində Çempionlar Liqasında ikinci qolunu vurub.
Sportnet.az-ın məlumatına görə, 24 yaşlı hücumçu Norveçdə "Budyo Qlimt"ə qarşı I təsnifat mərhələsinin ilk oyununda dubl edib. O, 61-ci dəqiqədə fərqlənərək, komandasının üstünlüyünü 2 topa çatdırıb - 3:1.
---------------------------------------
Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli Polşa "Legiya"sının heyətində ilk qolunu vurub.
Sportnet.az-ın məlumatına görə, 24 yaşlı hücumçu Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunundaca fərqlənib. Norveçdə "Budyo Qlimt" klubu ilə ilk qarşılaşmada Emreli start "11-liy"ində yer alıb. O, 41-ci dəqiqədə fərqlənərək, komandasının üstünlüyünü möhkəmlədib - 2:0.