"Hazırlığımız tam istədiyimiz kimi gedir. Bütün futbolçular motivasiyalıdır və hər kəs böyük həvəslə çalışır. Hamı tez bir zamanda pik formaya çatmaq istəyir. Çox həvəsliyik".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Xayme Romero Avstriya toplanışını dəyərləndirərkən klubun rəsmi saytına açıqlamasında deyib.
İspaniyalı yarımmüdafiəçi rəsmi oyunların başlamasını səbirsizliklə gözlədiklərini bildirib: "Sevindirici haldır ki, avrokubok oyunlarımıza azarkeşlər də gələcək. Ötən mövsüm onların yoxluğunu hiss etdik. Futbolu azarkeşlər üçün oynayırıq. 50 faizə qədər azarkeşin tribunalara buraxılması müsbət haldır. Bu, bizi daha da həvəslindirəcək. Bu xəbərə çox sevindim. İnanıram ki, qələbələrimizlə azarleşlərimizi sevindirəcəyik. Onların dəstəyinə ehtiyacımız var".