İtaliya eyni ildə "Eurovision" Beynəlxalq Mahnı Müsabiqəsi və futbol üzrə Avropa çempionatını qazanan ilk ölkə olub.
Sportnet.az-ın məlumatına görə, "Eurovision"da ölkənin "Måneskin" rok qrupu birinci yeri tutub.
İtaliya millisinin ilk Avropa çempionluğu əldə etdiyi 1968-ci ildə isə mahnı müsabiqəsini İspaniya zəfərlə tamamlayıb.
Qeyd edək ki, İtaliya yığması finalda İngiltərəni penaltilər seriyasında 3:2 (əsas vaxt - 1:1, əlavə vaxt - 0:0) hesabı ilə üstələyərək, ikiqat Avropa çempionu olub. "Eurovision"da isə "Måneskin"dən əvvəl Cilyola Çinkvetti (1964) və Toto Kutunyo (1990) hamını üstələyib.