Türkiyə "Qalatasaray"ı heyətini yeni futbolçu ilə gücləndirib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi Fransa "Renn"indən sağ cinah müdafiəçisi Saşa Buyu transfer edib.
21 yaşlı oyunçu ilə 4 illik müqavilə imzalanıb.
Qeyd edək ki, ötən mövsümü icarə əsasında ölkəsinin "Dijon" klubunda keçirmiş fransalı müdafiəçi 24 oyunda meydana çıxıb. O, Fransanın U-17 və U-18 yığmasının da şərəfini qoruyub.