"Neftçi" ilə yollarını ayıran Stiven Jozef-Monrozun yeni klubu bəlli olub.
Sportnet.az-ın məlumatına görə, 31 yaşlı cinah yarımmüdafiəçisi karyerasını Yunanıstanda davam etdirəcək.
Fransalı oyunçu "Ksanti" ilə müqavilə bağlayıb. Yunanıstanın ikinci liqasında çıxış edən klub sözləşmənin detallarını açıqlamayıb.
Qeyd edək ki, Stiven Jozef-Monroz “Neftçi”də keçirdiyi iki mövsüm ərzində 44 oyunda 12 qola imza atıb. O, 2020/2021 mövsümündə "ağ-qaralar"ın heyətində ölkə çempionu olub.