
Fransanın PSJ klubu argentinalı ulduz futbolçu Lionel Messini təqdim etmək üçün Eyfel qülləsindən yararlana bilər.
Sportnet.az "El Chiringuito" nəşrinə istinadən xəbər verir ki, Paris təmsilçisi oranı avqustun 10-u üçün icarəyə götürüb.
Qeyd edək ki, PSJ 2017-ci ildə qüllədən istifadə edərək braziliyalı futbolçu Neymarın transferini açıqlayıb.
Xatırladaq ki, İspaniyanın "Barselona" klubu avqustun 5-də Lionel Messi ilə yollarını ayırıb.