
Futbol üzrə Azərbaycan I Divizionunda "Kəpəz" və "Qəbələ-2" komandaları arasındakı mövsümün açılış oyununda anlamlı jest edilib.
"Report" xəbər verir ki, görüşdə topa ilk zərbəni qazilər vurub.
Onlar Vətən Müharibəsi iştirakçıları - "Kəpəz"in sabiq futbolçusu Talib Bayramov və Gəncə təmsilçisinin azarkeşi Sərxan Yolçuyev ilə Tural Xanəliyev olub.
Qeyd edək ki, hazırda qarşılaşmada ikinci hissə oynanılır və hesab açılmayıb.