
Filip Ozobiç “Qarabağ”ın heyətində 30-cu qolunu vurub.
Sportnet.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Premyer Liqanın IX turuna təsadüf edib.
30 yaşlı yarımmüdafiəçi “Neftçi”ni 4:0 hesabı ilə məğlub etdikləri qarşılaşmada dubla imza atıb. Bu görüşədək “Qarabağ”da 29 qol vuran yarımmüdafiəçi əvvəl 30-cu, ardınca 31-ci dəfə fərqlənib. Ozobiç Premyer Liqada 27, avrokuboklarda 4 qol vurub.
Filip “Qarabağ”ın tarixində 30 və ya daha çox qol vuran 21-ci futbolçudur. O, hərəyə 31 dəfə fərqlənən Kənan Kərimov və Georgi Adamiya ilə 16-18-ci yerləri bölüşür.