İspaniyanın "Barselona" klubunun futbolçusu Serxio Aquero səhhətindəki problemlər ucbatından karyerasını başa vura bilər.
Sportnet.az AS nəşrinə istinadən xəbər verir ki, 33 yaşlı hücumçunun ürəyindəki problemlərin gözləniləndən ciddi olduğu üzə çıxıb.
Həkimlər ona bir daha meydana qayıtmayacağı ilə bağlı xəbərdarlıq ediblər.
Qeyd edək ki, Serxio Aquero "Alaves"lə 1:1 hesablı heç-heçə etdikləri La Liqanın XII tur matçının 41-ci dəqiqəsində nəfəs darlığından əziyyət çəkdiyi üçün əvəzlənərək xəstəxanaya aparılıb. Argentinalı hücumçuya aritmiya (ürəyin normal ritminin pozulması - red.) diaqnozu qoyulub. Kataloniya təmsilçisi forvardı 3 ay yaşıl meydanlardan kənarda qalacağını açıqlayıb.