"Qarabağ" Bolqarıstanın "Çerno More" klubunda çıxış edən portuqaliyalı futbolçu Leandro Andradeni transfer etmək istəyir.
Bu barədə Sportnet.az-a Ağdam təmsilçisinin Mətbuat Xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.
Onun sözlərinə görə, 23 yaşlı hücumameylli yarımmüdafiəçi ilə danışıqlar davam edir: "Bu, maraq dairəmizdə olan futbolçulardan biridir. Lakin Andradenin klubu ilə rəsmi müqaviləsi var. Hazırda danışıqlarımız davam edir. Müsbət nəticlənərsə bu barədə rəsmi məlumat verəcəyik".
Qeyd edək ki, Leandro Andrade karyerası ərzində ölkəsinin "Sportinq", "Olyanense" və "Fatima" klublarında da çıxış edib. 2020-ci ilin yayından "Çerno More"də oynayan gənc vinger bu mövsüm 20 matçda 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.