“Neftçi” Türkiyənın Antalya şəhərində təlim-məşq toplanışını davam etdirir.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər komanda üzvləri bu gün oyunöncəsi son məşqə çıxıb.
“Emirhan Sports Complex Side”da baş tutan hazırlıq prosesində zədəli Aqil Məmmədovdan başqa bütün futbolçular, o cümlədən yeni transfer İvan Brkiç də iştirak edib.
Manavqat bölgəsindəki “The Sense De Luxe” otelində məskunlaşan “ağ-qaralar” sabah sonuncu sınaq matçını keçirəcək. Paytaxt klubu Bakı vaxtı ilə saat 16:00-da Polşanın “Qurnik Lençna” klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, flaqman yanvarın 14-də Macarıstanın “Kişvarda” (2:2), 19-da isə Polşanın “Visla Plosk” (1:1) klubları ilə üz-üzə gəlib.