"Qarabağ"ın Polşanın "Visla" (Krakov) klubu ilə yoxlama oyununun vaxtı dəyişdirilib.
Sportnet.az-ın məlumatına görə, görüş əvvəlcədən qeyd edildiyi kimi Bakı vaxtı ilə saat 18:00-da deyil, 15 dəqiqə tez - 17:45-də start götürəcək.
İki komanda arasında əldə edilmiş razılığa əsasən, hazırlıq oyunu 3 hissədən ibarət olacaq.
Qeyd edək ki, "Qarabağ"ın Çexiyanın “Bohemians” klubu ilə yoxlama oyunu Antalyaya qar yağması səbəbindən ləğv olunub. Hazırda "Gloria Sport Arena"nın meydançası qardan təmizlənir.