
UEFA Avropa Liqasında cari mövsümün son püşkü atılıb.
Sportnet.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərindəki tədbirdə 1/4 final və yarımfinal mərhələlərinin cütlükləri bəlli olub.
1/8 finalda Türkiyə "Qalatasaray"ını mübarizədən kənarlaşdıran İspaniya "Barselona"sı növbəti raundda Almaniyanın "Ayntraxt" (Frankfurt) klubu ilə qarşılaşacaq.
Püşkatma zamanı həmçinin final matçının nominal meydan sahibi də bəlli olub.
Avropa Liqası
1/4 final
"Leyptsiq" (Almaniya) - "Atalanta" (İtaliya)
"Ayntraxt" (Almaniya) - "Barselona" (İspaniya)
"Vest Hem" (İngiltərə) - "Lion" (Fransa)
"Braqa" (Portuqaliya) - "Reyncers" (Şotlandiya)
Yarımfinal
1. "Leyptsiq" (Almaniya) - "Atalanta" (İtaliya) / "Braqa" (Portuqaliya) - "Reyncers" (Şotlandiya)
2. "Vest Hem" (İngiltərə) - "Lion" (Fransa) / "Ayntraxt" (Almaniya) - "Barselona" (İspaniya)
Final
2-ci cütün qalibi - 1-ci cütün qalibi
Qeyd edək ki, 1/4 final matçları aprelin 7-si və 14-də, yarımfinal qarşılaşmaları aprelin 28-də və mayın 5-də olacaq. Final görüşü isə mayın 18-də İspaniyanın Sevilya şəhərindəki "Roman Sançes-Pisxuan" stadionunda oynanılacaq.
------------------------------
Bu gün UEFA Avropa Liqasında 1/4 və yarımfinal mərhələlərinin püşkü atılacaq.
Sportnet.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərindəki tədbir Bakı vaxtı ilə saat 16:30-da başlayacaq.
Cari mövsümün son püşkatmasında komandalar səbətlərə bölünməyəcək və eyni ölkə təmsilçiləri bir-birinə rəqib ola biləcəklər.
Mərasimdə həmçinin final oyununun nominal meydan sahibini müəyyənləşdirmək üçün püşkatma keçiriləcək.
Avropa Liqası
1/4 final
"Leyptsiq" (Almaniya)
"Barselona" (İspaniya)
"Atalanta" (İtaliya)
"Braqa" (Portuqaliya)
"Reyncers" (Şotlandiya)
"Vest Hem" (İngiltərə)
"Ayntraxt" (Almaniya)
"Lion" (Fransa)
Qeyd edək ki, 1/4 final matçları aprelin 7-si və 14-də, yarımfinal qarşılaşmaları aprelin 28-də və mayın 5-də olacaq. Final görüşü isə mayın 18-də İspaniyanın Sevilya şəhərindəki "Roman Sançes-Pisxuan" stadionunda oynanılacaq.