"Mançester Yunayted" İngiltərə Premyer Liqasında növbəti oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, "qırmızı şeytanlar" XXXIII turda "Norviç"i qəbul edib.
Qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Komanda Kriştianu Ronaldunun het-triki sayəsində qələbə qazanıb. Portuqaliyalı hücumçu 7-ci, 32-ci və 76-cı dəqiqələrdə rəqibi məyus edib.
Qonaqlarda isə 45+1-ci dəqiqədə Kiran Dauell və 52-ci dəqiqədə Teemu Pukki fərqlənib.
Xallarının sayını 54-ə yüksəldən "Mançester Yunayted" 5-ci pillədə qərarlaşıb. 21 xala malik "Norviç" sonuncu - 20-ci yerdədir.